Yazar: EySar @ Fevral 9, 2010 10:20
İran kanalının efirində Azərbaycana qarşı təxribat xarakterli videoçarx yayımlayıb
QayNar: İranın “Səhər” telekanalı Azərbaycana qarşı təxribat xarakterli videoçarx yayımlayıb. Kanalın “Kompas” proqramında efirə gedən videoçarxda İsrail-Fələstin müharibəsi zamanı Qəzzada qətlə yetirilən uşaqların görüntüləri, İsrail rəsmiləri ilə yanaşı Azərbaycanın dövlət xəritəsi də yer alıb. Qaynar.info ANS Tv-yə istinadən xəbər verir ki, Maraqlıdır ki, Qəzzada can verən uşaqların kadrlarının ardınca kontekstə uyğun olmayaraq Azərbaycan prezidenti İlham Əliyevin yer aldığı kadr da nümayiş olunub. Bundan əlavə həmin hadisələr fonunda Azərbaycan ordusu göstərilir, tez-tez İsrail-Azərbaycan bayraqlarının yanaşı kadrları, iki ölkə rəsmilərinin görüşləri nümayiş olunub. Təxribat xarakterli videoçarxda hadisələr açıq-aşkar kontekstdən çıxarılır və tamaşaçıda yanlış təəssüratın oyadılmasına cəhd edilir.
Davamı...
Yazar: EySar @ Fevral 9, 2010 10:19
Kamil Həsənov: «Kefimiz belə istəyir»
QayNar: Ötən il "Rohani" Kürd Mədəniyyət Mərkəzi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqədə "Kürd mədəni irsinin inkişafı" layihəsini təqdim edərək şuradan 5600 manat aldığı vəsaitlə "Kürdcə - rusca" lüğətini nəşr etdirib. Lakin nəşrdə şuranın tələblərinə riayət edilməyib. Belə ki, tələblərə görə, çap məhsulunun 1-ci səhifəsinin yuxarısında sol tərəfdə dövlət gerbinin rəngli təsvirinin altında "Bu kitab (buklet, broşur) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilmişdir" cümləsi yazılmalıdır. Lakin Kürd Mədəniyyət Mərkəzinin sədri Kamil Həsənovun rəhbərliyi ilə həyata keçirilən bu layihə çərçivəsində çap olunan məlum kitabda dövlət atributumuzun təsvir olunmaması müxtəlif aspektlərdən izah edilir. Bunlarda biri də odur ki kürdlər Azərbaycanın dövlət atributlarına hörmətsizlik edir.
Davamı...
Yazar: EySar @ Fevral 8, 2010 18:43
QayNar: Məşədi Əzizbəyovun heykəlinin götürülməsindən sonra onun bolşevik silahdaşlarının da məsələsi gündəmə gəlib. “Azadlıq” radiosu Ayna Sultanova haqqında maraqlı material yayıb. Onun “Atatürk” prospektindəki parkdakı heykəlinin açılışının olma vaxtını araşdıran müəllif “Kommunist” qəzetinin 1986-cı il 19 aprel tarixli sayında suallara cavab tapıb. Həmin materialda bildirilir ki, aprelin 18-də V.İ.Leninin anadan olmasının 116-cı il dönümü ərəfəsində Bakıda “partiyanın və xalqın şanlı qızının abidəsi təntənəli şəraitdə açılmışdır”.
Davamı...
Yazar: EySar @ Fevral 8, 2010 18:40
İlham Tumas
ilham_tumas@mail.ru
“İrəvan şəhəri bu şərtlə ermənilərə güzəşt edilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər...”
Əslində, bütün bunlar çox yaxşıdır. Birinci Cümhuriyyətin tarixinin öyrənilməsi, tarixdən ibrət dərsləri çıxarılması baxımından hətta vacibdir. İllər əvvəl bir dostumun kitabxanasından əlimə Yusif Vəzir Çəmənzəminlinin “Müsavatçıya açıq məktub” adlı bir məqaləsi düşmüşdü. Yusif Vəzir Türkiyədə səfir işlədiyi dövrləri xatırlayır, Cümhuriyyət məmurlarının laqeydliyindən, dövlət aparatının yarıtmazlığından şikayətlənir. Böyük ədib bir neçə yerdə Məhəmməd Əmin Rəsulzadəni də tənqid edir, onun bəzi hərəkətlərini anlamadığını söyləyir. Ümumiyyətlə, hər bir ölkənin, hər bir xalqın tarixində olduğu kimi, bizdə də bu kimi hallar olub, var və olacaq.
Davamı...
Yazar: EySar @ Fevral 8, 2010 18:34
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən “Azərbaycan arxeologiyası (Daş dövrü)” kitabının I cildi “CBS-PP” MMC mətbəəsində çap olunub.
Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Kitabın I cildi Azərbaycan ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunub. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilib. Respublika ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji mədəniyyətlərinin inkişaf xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq təsərrüfatı, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, qayaüstü təsvirlərin meydana gəlməsi, ibtidai insanların mənəvi aləmi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh edilib.
Davamı...
Yazar: EySar @ Fevral 8, 2010 18:27
Ərdəbildə təşkil olunacaq kofnransda Cənubi Azərbaycan «Aran» kimi əksini tapır
QayNar: İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyininin təşəbbüsü ilə Ərdəbildə «Azərbaycan və Aranın öyrənilməsində mənbələrdəki problemlər» adlı beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılır. Qaynar.info ekskluziv olaraq xəbər verir ki, qeyd olunan tədbir Ərdəbil Universitetinin böyük rəhbər administrasiyasının nümayəndəsinin və «Müasir İran tarixinin öyrənilməsi» İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. Tədbirin təşkilatçıları tərəfindən internetdə yerləşdirilmiş məlumatda konfransın məqsədi kimi «qədim zamanlardan indiki vaxtadək Azərbaycan və «Aran» barədə dərc edilmiş ədəbiyyatın baxılması, Azərbaycan və «Aran»ın coğrafı məkanı, hər iki regionun dili və danışıq tərzi, xalqların dini (oda sitayişlik, islam, şiəlik, xristianlıq), «Aran» xalqları (talış, tat, ləzgi, avar və s.), hər iki regionun oxşar mədəniyyəti (novruz bayramı, adət ənənələri, dəfin mərasimləri və s.), «Aran»ın İrandan ayrılması üçün tarixin təhrif olunaraq nəzəriyyənin yaradılması və mədəni mühitin formalaşdırılması (sovet dövründə dinə münasibətin yoxlugu, şiəliyin azalması, fars dilinin tədricən məhdudlaşdırılması, yerli danışıq tərzlərinin zəifləməsi (talış, tat və s.), adların, terminlərin, yer adlarının dəyişdirilməsi), Azərbaycandakı xalqların kökü və etnoqrafiyanın öyrənilməsi, Azərbaycanın elmi ədəbiyyatında İran-Rusiya müharibəsi, Gülüstan və Türkmənçay müqavilələri, Azərbaycanda və «Aran»da sosial-siyasi hərəkatlar, Arazın hər iki tərəfinin arxeoloji tapıntılarının eyniliyi» barədə müzakirələrin aparılmasının nəzərdə tutulması göstərilib.
Davamı...
Yazar: EySar @ Fevral 7, 2010 20:02
Serialın son bölümündə İsraili qıcaqlandıracaq yeni səhnələr var
“Qurdlar Vadisi – Pusu” serialı yenə aranı qarışdıra bilər. Serialın son bölümündə yenidən İsrailin etirazına səbəb ola biləcək səhnələr yer alıb.
Xatırladaq ki, “Qurdlar Vadisi – Pusu”nun əvvəlki seriallarından birində əsərin qəhrəmanı Polad Ələmdarın İsrail konsulluğuna hücum etdiyi və burada öldürdüyü adamın qanının İsrail bayrağı üzərinə sıçradığı səhnəsi vardı. Bu səhnə İsrailin etirazına və Türkiyə ilə İsrail arasında diplomatik qalmaqala səbəb olmuşdu.
Davamı...
Yazar: EySar @ Fevral 6, 2010 19:52
Təbiətdə suyun 3 halına rast gəlinir: bərk, maye, buxar. Yaponlar isə təbiətin bu qanununu dəyişmək istəyirlər.
Belə ki, yapon alimləri suyun elastik formasını da hazırlayıblar. Onlar adi suyun tərkibinə müxtəlif orqanik materiallar və gil əlavə edərək elastik su əldə ediblər.
Elastik su gelə oxşar şəkildə saxlanıla bilər. Elm adamları bu suyun tibb və digər sahələrdə istifadə edilə biləcəyini açıqlayıblar.
Vüsalə, Milli.Az
Yazar: EySar @ Fevral 6, 2010 19:13
«Talış diasporası»nın sədri Rusiyanı talışlarla bağlı məsələyə müdaxilə etməyə çağırıb
Politoloq Vəfa Quluzadə separatçıların hədəfində!
QayNar: Azərbaycana qarşı düşmənçilik və separatçılıq fəaliyyəti ilə gündəmə gələn talış serepartçıları öz çirkin əməllərini icra etməkdə davam edirlər. Bu dəfə isə Rusiya Federasiyasındakı «Talış diasporası»nın sədri, qatı separatçı, eyni zamanda mütəmadi olaraq Azərbaycana qarşı öz radikal çıxışları ilə seçilən İsmayıl Şabanov «Russkaya Slujba Novostey» (xrebet) verilişinin qonağı olub və «Poçemu Baku boitsə talışskoqo separatizma» mövzusunda fikirlərini söyləyib. Qaynar.info ekskuliziv olaraq xəbər verir ki, proqramın aparıcısı Dmitriy Starostin veriliş zamanı Azərbaycanda yaşayan milli azlıqlar barədə müzakirələr aparılacağını bildirməklə yanaşı, studiyanın qonağı İ.Şabanovu Rusiya Federasiyasındakı «Talış diasporası»nın rəhbəri kimi təqdim edib və qısa şəkildə sonuncunun tərcümeyi-halını dinləyicilərin diqqətinə çatdııb. Aparıcının sözlərinə görə, İ.Şabanov 1965-ci ilin aprelin 4-də-ci ildə Azərbaycan SSR-in Lənkəran rayonunun Havzava kəndində anadan olub, V.P.Qoryaçkin adına Moskva Dövlət Aqro-Mühəndislik Universitetini bitirib və 1987-ci ildən komsomol və partiya işində çalışıb.
Davamı...
Yazar: EySar @ Fevral 4, 2010 20:12
Mühacirlərin Azərbaycana gətirilən zəngin irsi ilk qadın professorumuzun kimliyini də ortaya çıxarıb
İşğal nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra xaricdə müstəqilliyimiz uğrunda mübarizə aparan mühacirlərimizin zəngin irsinin bir qismi Azərbaycana gətirilib.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tarixçi alim Nəsiman Yaqublu həmin sənədləri Türkiyə, Almaniya və Polşadan toplayıb.
Bununla bağlı keçirilən tədbirdə Nəsiman Yaqublu dedi ki, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əbdürrəhmən Fətəlibəyli-Düdənginskinin və başqalarının fəaliyyəti nəticəsində Azərbaycanın işğal edilməsi faktı, haqq səsi dünyaya çatdırılıb. Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra mühacirlərimizin zəngin irsini toplayaraq Azərbaycana gətirmək ciddi problem olaraq qalıb.
Məhz bu problemi nəzərə alan Şura mövcud layihəni reallaşdırıb. Əksəriyyəti orijinal olmaqla, toplanmış 200-ə qədər sənəd Milli Arxiv İdarəsinə təhvil veriləcək və bundan bütün ictimaiyyətin faydalanması mümkün olacaq.
Davamı...
Yazar: EySar @ Fevral 4, 2010 20:10
Yanvarın 26-31-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşəbbüsü ilə Türkiyənin "Kanal A” televiziyasının "Gəzgin” proqramının aparıcısı və rejissoru, eyni zamanda "First Business” jurnalının sahibi və baş redaktoru Abdullah Türksoy Azərbaycanda olmuş, Azərbaycanın tarixi, bu günü ilə əlaqədar geniş televiziya proqramı hazırlamışdır. Proqram Azərbaycanın tarixini, mədəniyyətini, azadlıq mücadiləsini, Dağlıq Qarabağ problemini, qaçqınların durumunu, ermənilərin Azərbaycanda törətdiyi soyqırımları əhatə etməklə, Qafqaz İslam Ordusunun Bakının qurtuluşundakı roluna da geniş diqqət ayrılmışdır.
Davamı...
Yazar: EySar @ Fevral 4, 2010 19:43
Bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisiyanın İran İslam Respublikasının Xarici İşlər Naziri Mənuçöhr Möttəki ilə görüşündə, ona İranın Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyinə görə öz təşəkkürünü bildirməsi Azərbaycanda narahatlıq doğurmaya bilməzdi. Görəsən İran DQ məsələsində hansı mövqe tutub ki, Ermənistan rəhbərinin xoşuna gəlib? Yoxsa bu erməni siyasətinin tərkib hissəsidir? Bəlkə düşmən ölkənin prezidenti bununla Azərbaycanla İranın arasını vurmaq istəyir? Bu və ya digər suallara cavab almaq üçün sahə problemləri ilə araşdırmalar aparan gənc araşdırmaçı Elnur Eltürk ilə söhbət etmək qərarına gəldik. "Bu gün heç kimə sirr deyil ki, İran-Ermənistan münasibətləri strateji səviyyədə inkişaf edir. Bir neçə gün bundan öncə Ermənistanın eks-prezidenti Robert Köçəriyanın İrana səfər etməsinin də arxasında duran əsas məsələlərdən biri də elə Ermənistanın düşdüyü ağır sosial-iqtisadi durumdan çıxarmaq cəhdlərindəndir" deyən Bakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elnur Eltürk Təzadlar qəzetinin suallarına belə cavab verdi:
Davamı...
Yazar: EySar @ Fevral 4, 2010 19:40
GünAzTv: İran İslam Respublikası Azərbaycanla viza rejimini ləğv etmək barədə qərarını bu günlərdə rəsmi olaraq bəyan etdi. Bundan sonra Azərbaycan vətəndaşları viza almadan İrana gedə biləcəklər. Maraqlıdır ki, İslam Respublikası vizasız gediş-gəlişi jurnalistlərə şamil etməyib. Məsələyə münasibət bildirən Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli "olaylar"-a deyib ki, bunun bir sıra səbəbləri var: "Əsas səbəblərdən biri odur ki, azərbaycanlı jurnalistlər İrana getməsin, bu ölkədə baş verən insan hüquq və azadlıqlarının pozulması faktlarını qələmə almasın, onu dünya ictimaiyyətinə çatdırmasın. Digər bir səbəb odur ki, azərbaycanlı jurnalistlər Güney Azərbaycanla əlaqələr yaratmasın. Çünki Güney Azərbaycanda yaşayan 40 milyon soydaşımızın heç bir hüququ yoxdur və azərbaycanlı jurnalistlər vizasız şəkildə İrana gedəcəkləri təqdirdə orada baş verənləri qələmə alacaq, onu dünya ictimaiyyətinə çatdıracaq. Hazırda Güneydə yaşayan 40 milyon Azərbaycan türkünün mənliyi, milli şərəfi, heysiyyatı alçaldılır. Onlara ana dilində təhsil almağa imkan verilmir. Azərbaycan türkləri farslaşdırılır. Fars məktəbləri Azərbaycan uşaqlarını açıq-aşkar zəhərləyir, onların ruhunu dəyişdirir, mənliyini, şərəfini alçaldır. Bütün bu həqiqətlərin üzə çıxarılmaması üçün İran vizasız gediş-gəlişi jurnalistlərə şamil etmir". Əlyar Səfərlinin sözlərinə görə, İran Azərbaycanla viza rejimini ləğv etməkdə maraqlıdır və buna ciddi cəhdlə çalışır: "İran Azərbaycanla viza rejimini ləğv etməklə İslam inqilabını Azərbaycana ixrac etmək istəyir. Fars rejimi istəyir ki, İranın minlərlə terrorçu və təxribatçıları Azərbaycana sərbəst şəkildə gələ bilsin və burada istədiklərini həyata keçirsin. İranın Azərbaycandakı şəbəkəsi gündən-günə genişlənir. Panfarsizm məzhəbi bu ölkədən Azərbaycana ixrac olunmaqdadır. Bunun arxasında isə İslam inqilabı durur. İran hər vasitə ilə çalışır ki, Azərbaycanda İslam inqilabı baş versin, Azərbaycanı Güney Azərbaycanın gününə salsın. Məhz bütün bunlardan dolayı fars rejimi Azərbaycanla viza rejimini ləğv etmək istəyir".
Yazar: EySar @ Fevral 4, 2010 12:45
“Qonşu kameradan bağırtı gəlir... Hansısa əsirin dırnaqlarını çıxarır, başının dərisini soyurdular...”
“İnilti, fəryad səsləri biri-birinə qarışmışdı. Elə bu dəm əllərində fənər içəri daxil oldular. Heç kəsi sorğu-sual etmədən təpikləməyə başladılar. Ağır əsgər çəkmələri ilə vurduqları zərbələrdən ancaq üz-gözümüzü qoruya bilirdik. Nalayiq söyüşlər, təhqiredici ifadələr və yumruq-təpikdən sonra kameranı tərk etdilər. Beləcə, düz 12 sutka ac qaldıq. Hər sutkada ən azı iki dəfə təpiklə döyülürdük. Amma sən demə, bu hələ jurnalı imiş...”
Xocalının Kərik meşəsindən girov götürülən Səttar Ağayev 35 günlük girovluq həyatının ilk günlərini belə xatırlayır.
“Dişlərimi çəkib, dırnaqlarımı çıxartdılar”
İşgəncələrlə dolu həyat hələ qabaqdaydı... Səttar dayının dediyinə görə, ermənilər 19 nəfər əsir və girovla birgə onu da Əsgəranın Dəhraz kəndinə aparırlar. Ondan oğlanlarından milli orduda xidmət edəninin olub-olmadığını soruşurlar. S.Ağayev orduda xidmət edən oğlunun olmadığını söyləyir. Sorğu-sualdan sonra digər əsir və girovlarla yanaşı Səttar dayını da Xankəndinə (Stepanakert) aparırlar. Ağayev Zahidin onun oğlu olub-olmadığını aydınlaşdırmaq məqsədilə Səttar kişini amansızlıqla qətlə yetirilən azərbaycanlı əsgərlərin meyitlərinin yanına gətirirlər. Övladının meyitini görən ata özünü oğlunun nəşi üzərinə atır. Amma ona son dəfə oğlunun meyitini də doyunca görməyə imkan vermirlər. Səhv məlumat verdiyinə görə S.Ağayevi işgəncə vermək üçün içəri aparırlar.
“Əvvəlcə təpiklə, odun parçası ilə məni döydülər. Daha sonra təpiklə yaramın üzərinə möhkəm basaraq, mənə işgəncə verdilər. Ürəkləri soyumadı. Heç bir ağrıkəsici vurmadan dişlərimi çəkməyə başladılar. Ağrıdan huşumu itirdim. Ayılandan gördüm ki, ağzımda bir dişim də qalmayıb”.
Davamı...
Yazar: EySar @ Fevral 3, 2010 23:01
Milli.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, Uludağ Üniversitenin professoru dr.Mustafa Tayar verdiyi açıqlamada bütün təbii meyvə və səbzilərin insan orqanizmi üçün önəmli vitamin və minerallarla zəngin olduğunu bildirib.
Professor bir çox meyvələrlə insan orqanları arasında xarici oxşarlığın olmasına da diqqət yönəldib: "Məsələn, ortadan kəsilmiş kivi göz bəbəyinə bənzəyir. Kivi antioksidanlar (E və C vitamini) və karotenoidlərlə (beta karoten, lutein) zəngindir. Lutein, qocalıqla bağlı ortaya çıxan görmə zəifliyinin qarşısını almaq üçün önəmli yer tutur."
Mustafa Tayar, orijinal bənzətmələrini davam etdirərək bildirib ki, badımcan, avakado və armud ortadan ikiyə bölündükdə, ana bətninə bənzəyir: "Həqiqətən də bu meyvələrin tərkibi hormonal tarazlığı qoruyur, ana bətnində xərçəngin qarşısını almaqda rol oynayır."
Professor pomidorun da ürək kimi qırmızı və 4 hissədən ibarət olduğunu bildirib. Əlavə edib ki, pomidorun ürək xəstəliklərinin qarşısının alınmasında böyük xeyri var.
"Salxım üzüm də ürəyi xatırladır. Hər üzüm giləsi isə ürəkdəki qan hüceyrələrinə bənzəyir. Məlumdur ki, üzüm qanı formalaşdıran əsas qidalardan biridir və ürəyə xeyri var. Qoz ləpəsinin də insan beyninə bənzəməsi təsadüfi deyil. Qozun tərkibindəki Omeqa-3 yağları beyin funkisiyalarının yerinə yetirilməsinə yardım edən mineral və vitaminlərdən ibarətdir."- deyə professor bildirib.
Davamı...
Yazar: EySar @ Fevral 3, 2010 22:37
Elxan ŞAHİNOĞLU
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri
elsah@box.az
elxan.azeriblog.com
Dünən axşam Mərkəzi Çikaqoda yerləşən, Bakıda ofisi olan Güney Azərbaycan Televiziyasının - “GünAz TV”nin analitik proqramına dəvət aldım. Təxminən 2 saat çəkən veriliş İranın Azərbaycan vətəndaşlarına tətbiq etdiyi vizanı ortadan qaldırması və bundan yarana biləcək problemlərə həsr olunmuşdu. Doğrusu, proqramın bu qədər həyəcanlı keçəcəyini gözləmirdim.
Azərbaycan vətəndaşları fevralın 1-dən İrana vizasız giriş imkanı qazanıblar və gələn xəbərlərə görə, Astara keçid məntəqəsində qonşu ölkəyə keçmək istəyən vətəndaşlarımızın sayı artıb. Proqramda əvvəlcə “İran nədən Azərbaycan jurnalistləri üçün vizanı ləğv etmir” sualına cavab tapmağa çalışdıq.
Əvvəlcə ondan başlayaq ki, Azərbaycanın bütün peşə sahibləri üçün vizanı ləğv edən Tehranın jurnalistləri istisna hal kimi ayırması anlaşılmaz qərardır.
Bu sətirlərin müəllifi hazırda heç bir qəzetdə çalışmır, müstəqil yazar kimi fəaliyyət göstərir. Tutaq ki, İran sərhədini keçəndə məndən hansı peşə sahibi olduğumu soruşurlar və mən siyasi şərhçi olduğumu söyləyirəm. Səfərimin məqsədi kimi isə İranın görməli yerlərini gəzmək olduğunu deyirəm. Buna qədər İran sərhədçilərinin heç bir sualına yanlış cavab vermirəm və jurnalist deyil, siyasi şərhçi olduğuma görə qonşu dövlətin ərazisinə vizasız ayaq basıram.
Davamı...
Yazar: EySar @ Fevral 2, 2010 23:26
(″Çölün müdrikliyi″ əsərindən)
Sufizm dünyasına qədəm qoyarkən bilməlisiniz ki, sufizm məhz bir dünyadır, dünyagörüşü deyildir. Transsendental olmasına rəğmən, o, transsendental fəlsəfə sayılmaz. O, heç bir nəzəriyyəni aşılamır, faydalı məsləhətlərlə, eyhamlarla, işarətlərlə yetinir.
Sufizm – insanı başdan çıxartmağa, tovlamağa da can atmır. O, yetərincə gerçəkçi (realist), praqmatik, yəni işləkdir. Abstrakt olmadığı üçün o, göydən daha çox yerə, torpağa bağlıdır. Ona görə də sufizm hər hansı dəqiq dünyagörüşündən məhrumdur. Özünün hər hansı sistem olduğunu iddia etmədiyindən sufizm bilgilərin hər hansı təsnifatına da ehtiyac duymur.
Sistem – hər şeydən öncə, varlıq sirrlərinin tam və bitkin şəkildə açıqlanmasıdır. Sufizm sistem olmağa iddialı deyildir: o, varlıq sirrlərini yorumlamır, çünki o - sadəcə varlığın sirrlərinə yönələn yoldur. Heç nəyi izah etməyən sufizm sirrli, gözlə görünməyən aləmlərin varlığını sübuta yetirib, bizləri bu aləmlərə aparsa da, heç vaxt varlığın sirrlərini açmağa can atmır, halbuki bütün sistemlərin məqsədi məhz budur: onların yeganə niyyəti - bilinməzi bilinən etməkdir, sirrlərin üzərindəki örtüyü qaldırmaqdır, möcüzələri, tilsimləri sındırmaqdır. Sufizm isə bizlərə sirrli aləmlərə aparan yolda sadəcə bələdçi olma, gizli (batini) dünyaya dalmamıza bir imkan yaratma məqsədi güdür.
Davamı...
Yazar: EySar @ Fevral 2, 2010 23:22
Qədim Çin müdriki Çjuan-çzı bir səhər yuxudan oyanan kimi hönkürməyə başlayır. Başına yığışan tələbələri soruşurlar:
- Nə olub sənə, ustad? Niyə belə zülüm-zülüm ağlayırsan?
Ustad cavab verir:
- Çox çıxılmaz durumdayam. Yuxuda gördüm ki, kəpənəyə çevrilmişəm.
Tələbələri ona ürək-dirək verməyə girişdilər:
- Eh, adam da bunu özünə dərd eləyər? Hər kəs yuxuda başqa bir şeyə çevrildiyini görə bilər də. Bunda pis nə var axı?
Çjuan-çzı qayğılı halda dedi:
- Məsələ, əlbəttə ki, bunda, yəni çevrilmədə deyil. İndi başım dərddən, qayğıdan ayrılmır, içimi şübhələr yeyir və üstəlik, bilmirəm ki, bütün bunları nəyə və haraya yozum. Gecə mən, Çjuan-çzı, gördüm ki, bir kəpənəyə çevrilmişəm. Sonra içimi fikir bürüdü və mən hələ də düşünürəm: bəlkə elə kəpənəyə də elə gəlirmiş ki, o, Çjuan-çzıya çevrilib? Hə?
Davamı...
Yazar: EySar @ Fevral 2, 2010 23:20
Ustadın ölümü
Ölüm məqamı yetişəndə Bokudzü bütün yetirmələrini başına topladı və öz niyyətini onlara açıqladı:
- Bildiyiniz kimi, mən həyatım boyu bənzərsiz birisi olmuşam, heç nədə heç kəsi yamsılamamışam. İndi sizin fikrinizi bilmək istəyirəm: necə ölüm ki, bu baxımdan heç kimi təkrarlamayım?
Tələbələrdən biri dedi:
- “Lotos” pozasında ölməniz uyğun olarmı?
Digərləri ona etiraz elədilər:
- Daha öncələr də bir çox müdriklər “Lotos” pozasında canlarını tapşırıblar. Bunda yeni heç nə yoxdur.
Yetirmələrindən biri Ustada təklif elədi:
- Dimdik, ayaqüstə də ölə bilərsiniz.
Təzədən hay-küy qopdu. Hamı elə maraqla bu müzakirəyə girişmişdi ki, sanki onlara görə, ölmək - bir oyun-oyuncaq idi.
Bu sonuncu fikrə qarşı çıxan da tapıldı:
- Bir müdrikin ayaqüstə öldüyünü mən haradasa eşitmişəm.
Onda üçüncü təklif səsləndi:
- Yeganə variant – başıüstə, yəni mil duraraq ölməkdir. Mən biləni, indiyədək bunu heç kəs sınamayıb.
Davamı...
Yazar: EySar @ Fevral 2, 2010 19:43
Şaumyanla bağlı başlanmış mübahisələr Azərbaycan tarix elmi üçün elə ciddi əhəmiyyətə malik deyil
Düz bir il əvvəl 26 Bakı komissarları, daha doğrusu, bu komissarların başçısı Stepan Şaumyanla başlanmış sensasion məlumatların yeni dalğasına start verildi. Tarix institutunun direktoru Yaqub Mahmudov yanvar ayının 29-da YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında yeni arxiv sənədlərini nümayiş etdirərək özünün bir il əvvəl S.Şaumyanın guya Hindistana qaçması barədə fikirlərinin təsdiq olunduğunu bildirdi. Lakin Y.Mahmudovun mətbuat konfransında səsləndirdiyi fikirlərdə bir sıra mübahisəli məqamlar olduğu üçün bu məsələləri şərh etməyi və bəzi məsələlərə aydınlıq gətirməyi professor Cəmil Həsənlidən xahiş etdik. Xatırladırıq ki, professor C.Həsənli həmin dövr üzrə çox sanballı monoqrafiyaların müəllifidir və ötən il bu məsələ ətrafında müzakirlər gedən zaman da “Azadlıq” bir sıra məsələlərə aydınlıq gətirmək məqsədilə ondan müsahibə götürmüşdü.
Davamı...
Yazar: EySar @ Fevral 2, 2010 19:19
Roma Papası II İohann Pavelə qarşı sui-qəsd cəhdinə görə uzun illər həbsxanada yatmış türk Əli Ağcanın vəkili Şövkət Can Özbay maraqlı açıqlama ilə çıxış edib.
Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ağca pontifikin öldürülməsi sifarişini Dövlət Təhlükəsizlik Komitəsindən (DTK) alıbmış.
Vəkil Ağcanın 2001-ci ildə Sabina Kastelfranko adlı italiyalı xanıma ünvanladığı məktubu yerli televiziyalardan birinin efirində səsləndirib. Məktubda terrorçu yazıb: «Əzizim Sabina! Səni maraqlandıran suala cavab vermək istəyirəm: Roma Papasını nədən öldürmək istəyirdim? Bunu mənə DTK sifariş etmişdi. Sifarişi Bolqarıstanın xüsusi xidmət orqanları vasitəsi ilə almışdım. Bunun ardından Bolqarıstan xüsusi xidmət orqanlarının Romadakı qanadının nümayəndəsi cənab Donçevlə görüşdüm. O, mənə Papanın ardınca Polşanın o zaman nüfuz toplamaqda olan prezidenti Lex Valensanı da öldürəcəklərini bildirdi. Odur ki, mən sadəcə, sifarişin icraçısı idim».
Milli.Az
Yazar: EySar @ Fevral 2, 2010 11:55

Yazar: EySar @ Yanvar 31, 2010 19:41
Nəsiman YAQUBLU, Rəsulzadə irsinin tədqiqatçısı
(Böyük öndərin anadan olmasının 126 illiyinə həsr edilir)
Zaman keçir, dövr ötür, müxtəlif rejimlər, sistemlər Azərbaycanda mövcud olur və biz hər dəfə bu şəxsiyyətlə bağlı problemlərin yaşandığını müşahidə edirik. İstər çar Rusiyası dövründə, istər sovetlər birliyi zamanında, istərsə də müstəqilliyinin 19-cu ili yaşanan öz vətənində onun adı ilə bağlı narahatlıqlar mövcud olmuş və qalmaqdadır. Çar Rusiyası zamanında Məhəmməd Əmin Rəsulzadə təqib edildi (1908-1913-cü illər), həbsə alındı (1914-cü il), sovetlər birliyinin təbliğat maşını 70 ilə qədər onun əleyhinə işlədi və onu həbs də etdilər (1920-ci il). Moskvada ciddi nəzarət rejimində yaşamağa məcbur oldu (1920-1922-ci illər). Vətəni Azərbaycan müstəqil olduqdan, sovet rejimindən xilas olduqdan sonra da ona münasibət dəyişmədi, heykəli qoyulmadı, adı əbədiləşdirilmədi, tutduğu mövqeyə qısqanclıqla yanaşıldı.
XX əsrin ən böyük şəxsiyyətləri ilə əlaqə və münasibətləri oldu, birgə fəaliyyəti tarixə həkk edildi - Stalinlə, Atatürklə, marşal Pilsudski ilə, Hitlerlə müxtəlif siyasi münasibətləri, danışıqları oldu. Onu sevdilər də, dəyərləndirdilər də, bəzən qəzəblənib ölkələrindən də qovdular. Amma M.Ə.Rəsulzadə adı ilə barışmağa da məcbur oldular. Hətta münasibətlərinin çox kəskin olan bir dövründə - 1930-cu ildə onun əleyhinə xoşagəlməz ifadələr işlədən bir sovet komsomolçusuna Stalin dözməyib etiraz etmişdi. Stalin həmin şəxsə etirazını bildirib demişdi: “Səfər, tanımadığın adam haqqında heç vaxt pis danışma. Əgər bir insan bizimlə yol getmirsə, bu, o demək deyil ki, o, əclafdır”.
Davamı...
Yazar: EySar @ Yanvar 31, 2010 15:11
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatını” yaratmışdır ("Azərbaycan türk kultur dərgisi", Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Davamı...
Yazar: EySar @ Yanvar 30, 2010 22:57

01-14 Fevral 2010
Davamı...
Yazar: EySar @ Yanvar 29, 2010 20:46
Yaqub Mahmudov: “Şaumyanın Daşnaksütun Partiyasının Bakı Komitəsinin üzvü olması barədə sənəd tapılıb”
Stepan Şaumyanın Daşnaksütun Partiyasının Bakı Komitəsinin üzvü olması barədə 1909-cu ildə Tiflisdən göndərilmiş məxfi agentura sənədi var.
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.
O bildirib ki, həmin sənəd Prezident Administrasiyasının yaxınlığında yerləşən Siyasi Sənədlər Arxivindən (keçmiş Marksizm-Leninizm İnstitutunun arxivindən - red) tapılıb: “Şaumyanın ətrafındakı Laloyan və digərləri də daşnak zabitləri olub. Şaumyanın qarışısnda duran əsas vəzifə Azərbaycanı və Şərqi Anadoluda türkləri qırmaq olub”.
Yaqub Mahmudov Stepan Şaumyanın 1918-ci ildə digər komissarlarla birgə güllələnmədiyini təsdiqləyən daha əsaslı bir sübut əldə edildiyini bildirib: “Şaumyanın 1918-ci il 20 sentyabrda güllələnmədiyi, sentyabrın 30-dək ona ərzaq və pul verilməsi barədə Türkmənistandan sənədlər gətirilib. Həmin sənədlərdə göstərilir ki, Şaumyana və Mikoyana 10 gün ərzində yemək verilib. Həmin vaxt həbsxanada onlara birinci gün 1 manat 50 qəpik, ikinci gündən başlayaraq hər gün 2 manat verilib”.
Yaqub Mahmudov deyib ki, Şaumyanın sağ qalmasının səbəbi onun özünün dəyişdirilməsi barədə təklifi olub: “Leninə Şaumyanın təşəbbüsü ilə onun dəyişdirilməsi təklif olunub. Şaumyan sağ qalıb, Hindistanda yaşayıb. Rəşid Behbudov Hindistanda olarkən ona bir nəfər Şaumyanın dəfn mərasimi ilə bağlı kaset də verib. Qarabağ hadisələri başlayanda Rəşid Behbudov Qarbaçovla mübahisə edib, həmin kaseti də ona təqdim edib. Rəşid Behbudov Kremlin nəzarətindəki xəstəxanaya yerləşdiriləndə də həyat yoldaşına deyib ki, onu xəstəxanada öldürəcəklər, öldürüblər də”.
Ramiz
Yazar: EySar @ Yanvar 29, 2010 20:44
İmperiyanın ən gözəl xanımına sahib olan ən böyük şairə atılan güllənin 173 yaşı bu gün tamam olur...
Qınama məni, yarəb, sən axı
Qadın olmamısan bu yer üzündə!
Marina Svetayeva
Şair onu görəndə qızın vur-tut 16 yaşı vardı. Bal rəqslərinin ilahəsi, Moskvanın zadəgan məclislərinin əvəzolunmaz iştirakçısıydı. 1828-ci ilin qışında məşhur rəqs ustası İoqelin Tver bulvarındakı evində Rusiyanın birinci şairi Rusiyanın birinci gözəlini ilk dəfə görür. 19-cu əsr uzun və soyuq maneken qadınların əsri deyildi. O dövrün standartlarına görə, bu gözəl özünün 1 metr 77 santimetr boyu ilə xeyli hündür sayılırdı, incə belliydi, adamın ağlını başından çıxaran sinəsi, mərmər kimi dərisi, ipək saçları vardı. Hələ siması… Bizimkilər demişkən, Tanrının xoş çağda yaratdığı bu qızın sifət cizgiləri məsumluq mücəssəməsiydi. Şair ona necə məftun olursa, qorxusundan dil açıb söz deyə bilmir, əlacı baş götürüb Moskvadan genəməkdə görür. Ancaq artıq dastan yazılmağa başlamışdı. Sonu faciəylə bitəcək bir dastan… Puşkin-Qonçarova dastanı…
Davamı...
Yazar: EySar @ Yanvar 28, 2010 21:27
Çində türklər tərəfindən tikilən qədim piramidalar var.
Lent.az-ın “Cihan” agentliyinə istinadən verdiyi məlumata görə, bu piramidalar Misir piramidalarından daha qədimdir.
Palçıq və torpaqdan tikilən piramidaların içərisində Misir mədəniyyəti ilə müqayisədə daha təkmil bir texnologiya ilə mumyalanmış cəsədlər və qədim türk yazıları var.
Çinin Şian şəhərindən 100 kilometr uzaqlıqdakı Qin Ling Shan dağlarında olan bu piramidaların ən böyüyü Ağ Piramida adlanır və Misir piramidalarından 2 dəfə yüksək, 300 metr hündürlüyündədir. Bu dağlarda irili-xırdalı 100-dən çox piramida var.
Davamı...
Yazar: EySar @ Yanvar 27, 2010 21:49
Misirdə tapılan antik xəritə ermənilərin indiki ərazilərdə yaşamadığını açıq şəkildə ortaya qoyub
ABŞ-da sərgilənən xəritədə isə Türkiyənin şərqi və Azərbaycan torpaqları «Ermənistan ərazisi» kimi göstərilib
Ermənistan adlı dövlətin tarixən olmadığı dəqiq məsələdir. Bununla bağlı qədim mənbələrə əsaslanan tarixçilərlər də dəfələrlə isbat ediblər ki, erməni milləti də Qafqaza sonradan gəlmədir. Hərçənd ermənilər yenə də həyasızlıq edərək, özləri üçün xəyali bir «Böyük Ermənistan» qurublar ki, onun da sərhədləri Qara dənizdən başlayıb, Xəzər dənizində sona çatır. Hətta bu həyasızlıq o həddə qədər yetişib ki, Azərbaycanın tarixi paytaxtı olan Təbriz belə «Ermənistan ərazisi» kimi göstərilir.
Ermənilərin iddalarının boş olduğu və heç bir tarixi sənədə əsaslanmadığını isbat edən daha bir məlumat üzə çıxıb.
Bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının səyləri nəticəsində üzə çıxarılan faktın mənbəyi isə Misirin «Dar-ül Kutub» kitabxanasıdır. Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin vitse-spikeri Gövhər Baxşəliyevanın verdiyi məlumata görə, tapılmış mənbə antik dövrə aid olan bir xəritədir və orada millətlərin və dövlətlərin haradan gəlib, hara getdiyi əks olunub. Onun sözlərinə görə, həmin xəritədə Ermənistanın tarixi yeri indiki sərhədlərindən daha uzaqlarda, daha dəqiq desək, daha çox cənubda olduğu göstərilir. Baxşəliyeva onu da deyib ki, əldə edilən bu xəritələrdən biri 16-cı əsrə, digəri isə 1775-ci ilə aiddir. Hər iki xəritə isə Amsterdamda hazırlanıb.
Davamı...
Yazar: EySar @ Yanvar 27, 2010 21:22
Alimlər yeni versiya irəli sürürlər
QayNar: Uzun illərdir ki, alimlər Misir ehramlarının qullar tərəfindən tikildiyini bildirirdilər. Qeyd olunurdu ki, onlar istismara məruz qalaraq bəzən ağır işlər zamanı dünyalarını dəyişirdilər. Qaynar.info "Olaylar"a istinadən xəbər verir ki, lakin piramidaların yanında tapılan qəbirlər və piramidanın divarlarındakı rəsmlər sübut edir ki, tikinti işləri azad insanlar tərəfindən aparılıb. Qəbirlər 4500 ildən artıq tarixə malikdir. Güman edilir ki, hər gün tikintidə çalışan işçilərin qidalanması üçün 21 öküz və 23 qoyun kəsilirmiş. Həmçinin işçilər vergilərdən azad olunurdular.//QayNar
Yazılar cəmi: 1171
Sonrakı səhifə »